Gürcüstan, Tbilisi, 13 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamenti ölkələri, tərəfdaşları və beynəlxalq təşkilatları fəal şəkildə Gürcüstan-Rusiya münaqişəsinin dinc nizamlanması prosesinə və Rusiyanın Gürcüstanda həyata keçirilən işğalçı siyasətçinin qiymətləndirilməsinə qoşulmağa çağırır.
Müvafiq müracitə qanunverici orqanda çərşənbə günü hazırlanıb və parlament onu, çox ehtimal ki, sabah qəbul edəcək.
Beynəlxalq Komitənin sədri Laşa Jvaniya jurnalistlərə bildirib ki, müraciətin əsas aspekti Rusiyanın işğalçı siyasəti, Rusiyanın 1993 -2008 - ci illərdə Gürcüstanda həyata keçirdiyi təcavüzkar hərəkətlər və etnik təmizlmə olacaq.