...

Gürcüstanda əlavə ATƏT müşahidəçilərinin yerləşdirilməsinə zərurət var – ATƏT rəhbərinin xüsusi nümayəndəsi

Dünya xəbərləri Materials 14 Avqust 2008 18:40 (UTC +04:00)
Gürcüstanda əlavə ATƏT müşahidəçilərinin yerləşdirilməsinə zərurət var – ATƏT rəhbərinin xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 14 avqust/ Trend , müxbir C.Babayeva/ ATƏT rəhbərinin xüsusi nümayəndəsi Heyki Talvitiye hesab edir ki, Gürcüstanda əlavə 100 hərbi müşahidəçinin yerləşdirilməsinə zərurət var. Bu barədə o cümə axşamı ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında məlumat verib.

ATƏT-in Gürcüstandakı missiyası təxminən 200 əməkdaşdan, o cümlədən səkkiz silahsız hərbi zabitdən ibarətdir. Müşahidəçilərin sayının artırılması barədə qərarı ATƏT üzvü olan bütün 56 dövlət təqdir etməlidir.

"ATƏT-in hazırki sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb müşahidəçilərin sayının artırılması ilə bağlı ATƏT-ə üzv dövlətlərə müraciət edib", - Talvitiye bildirib.

Xüsusi nümayəndənin sözlərinə görə, Cənubi Osetiya münaqişəsi zonasında vəziyyət "kövrəkdir" və ATƏT üzvü olan 56 dövlətin nümayəndə heyətləri atəşkəs haqqında qərarı alqışlayıblar.

Talvitiye bildirib ki, ATƏT-in Gürcüstanda əlavə hərbi müşahidəçilərinin olması yerlərdə fövqəladə yardımın göstərilməsi üzrə beynəlxalq səylər üçün humanitar dəhliz yaratmağa və dəstəkləməyə, həmçinin atəşkəsin müşahidə edilməsinə yardım edə bilərdi.

Dünən ATƏT-in hazırki sədri münaqişə zonasındakı müşahidəçilərin sayını 100 nəfərədək artırmağı təklif edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti