...

Almatı şəhərinin Vergilər departamentinin rəis müavini külli miqdarda rüşvət alarkən həbs edilib

Dünya xəbərləri Materials 15 Avqust 2008 17:38 (UTC +04:00)

Qazaxıstan, Almatı, 15 avqust/ Trend , müxbir R.Məşədihəsənli/ Nurqaliyev bu pulları iş adına müəssisənin ləğv edilməsində kömək etməsi müqabilində alıb. Nurqaliyevin uzun müddətdən bəri rüşvət tələb etdiyi sahibkar hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etməyə məcbur olub. Onun dəlilləri tamamilə təsdiqlənib. Bu barədə jurnalistlərə Almatının Milli Təhlükəsizlik Komitəsi Departamentinin xüsusi işlər üzrə müstəntiqi Karjan Kamzayev deyib.

Axtarış aparılarkən Nurqaliyevin üzərindən 130 mindən çox dollar, 20 min avro və 850 min tengə götürülüb. Şübhəli şəxs qismində saxlanılmış Nurqaliyev pulları evində saxlayıb. Bundan başqa, saxlanılmış şəxsin depozitində daha 400 min dollar 308 min avro olub. Nurqaliyevin ümumilikdə bir milyondan çox vəsaiti olub.

Almatı şəhərinin MTK Departamentinin əməkdaşlarının sözlərinə görə, bu, cari ildə ən böyük rüşvət məbləğidir.

Xəbər lenti

Xəbər lenti