...

Gürcüstan müxalifəti hakimiyyətlə həmrəydir və tezliklə NATO -ya daxil olmaq istəyir

Dünya xəbərləri Materials 18 Avqust 2008 17:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın iki nüfuzlu müxalifət partiyasının liderləri bazar ertəsi Gürcüstanın alyansa qəbul edilməsi prosesinin sürətləndirilməsi çağırışı ilə NATO -ya müraciət ediblər. Bu barədə Yeni sağlar partiyasının lideri David Qamkrelidze və Respublikaçılar partiyasının lideri David Usupaşvili Tbilisidə bəyanat veriblər.

"Biz öz qərarımızı digər müxalifət partiyaları ilə məşvərət aparmadan qəbul etmişik; məşvərətə vaxt yoxdur. Biz - Gürcüstanın Alyansa daxil olmasını dəstəkləyən qüvvələr kimi, öz mövqeyimizi dəqiq müəyyən etmək qərarına gəlmişik", - Qamkrelidze bildirib və əlavə edib ki, bu bəyanat NATO nazirlərinin sabahkı iclasına uyğunlaşdırılıb.

O qeyd edib ki, bu qərar Gürcüstan üçün "qarşıdurmadan yayınmaq və azad inkişaf demək olacaq". "Bu çox vacibdir, belə ki NATO -ya üzvlük Gürcüstandakı demokratik proseslərin dönməzliyinə zəmanətdir", - respublikaçıların lideri bildirib.

"NATO -nun bu qərarı heç də Alyansın Rusiyaya qarşı müharibəyə qoşulması demək olmayacaq, lakin bu qərar azadlıq istəyən və demokratiyaya doğru irəliləyən ölkələrə müraciət olacaq", - Usupaşvili bildirib.

Jurnalistlərin suallarına cavab verən müxalifətçilər bəyan ediblər ki, Rusiya təcavüzünə görə, hakimiyyətin tənqid vaxtı "gəlməyib". "Vəziyyətin təhlili və tənqid sonra olacaq. İndi isə biz düşmənin təcavüzünü dayandırmalıyıq", - Qamkrelidze bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti