...

NATO Şurası yenə də sentyabrda Tbilisidə keçiriləcək

Dünya xəbərləri Materials 19 Avqust 2008 20:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 avqust/ Trend müxbir N.Kirtsxaliya/ NATO Baş katibi sentyabrın ortalarında Tbilisidə NATO Şurasının iclasının keçiriləcəyini təsdiqləyib. Alyansın Baş katibi Yaap De Hoop Sxeffer çərşənbə axşamı Brüsseldə brifinqdə bəyan edib ki, Şuranın təşkili üçün öz nümayəndəsi Robert Simmonsu Tbilisiyə göndərəcək.

"Şuranın işində iştirak etmək üçün mən də Tbilisiyə gələcəyəm", - o bildirib.

Baş katib vurğulayıb ki, bu tarixdə Gürcüstan-NATO komissiyasının iclası keçiriləcək.

Qeyd etmək lazımdır ki, əvvəllər Gürcüstan prezidenti bəyan edib ki, sentyabrda Gürcüstanda NATO Şurasının iclası mütləq keçiriləcək - "hətta bombalar düşsə belə".

Xəbər lenti

Xəbər lenti