...

Bişkekdə təyyarə qəzasının nəticələrini aradan qaldırmaq məqsədilə Baş nazirin başçılığı ilə hökumət komissiyası yaradılıb

Dünya xəbərləri Materials 25 Avqust 2008 14:41 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 25 avqust/ Trend , R.Мəşədihəsənli/ Bişkek səmasında təyyarə qəzasının nəticələrini aradan qaldırmaq və təhqiqat işləri aparmaq məqsədilə Baş nazir İqor Çudinovun başçılığı ilə hökumət komissiyası yaradılıb.

Hökumət komissiyasından Trend müxbirinə verilən açıqlamaya görə, artıq yanıb külə dönmüş  "boing-737" təyyarəsində xilasetmə işləri başa çatdırılıb, həlak olanların cəsədləri Səhiyyə Nazirliyinin morquna qaldırılıb.

Komissiyanın sədri Çudinov bildirib ki, sağ qalmış pilotu təyyarənin pəncərəsindən çıxarmaq mümkün olub və yaxın zamanlarda prokurorluq orqanları ilkin istintaq işlərini başa çatdıracaqlar. Onun sözlərinə görə, "qara qutu" da hazırda nəqliyyat prokurorluğundadır və tezliklə şifrələmə işlərinə başlanılacaq.

Trend müxbirinin əldə etdiyi digər məlumata görə isə, təyyarə qəzası nəticəsində zərər çəkənlərə maddi yardım göstərmək məqsədilə Milli Bankda xüsusi hesab nömrəsi açılıb.

Hadisə nəticəsində zərər çəkənlərin ailə üzvlərini və yaxınlarını mehmanxanada yerləşdirmək məqsədilə paytaxtdakı "Dostık" otelində yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti