...

Çin ABŞ ilə keçiriləcək hərbi tədbirləri dondurub - Pentaqon

Dünya xəbərləri Materials 7 Oktyabr 2008 04:44 (UTC +04:00)
Çin ABŞ ilə keçiriləcək hərbi tədbirləri dondurub - Pentaqon

Çin, Pentaqonun Tayvana 6,5 milyard dollar dəyərində hərbi sursatın satışına etiraz olaraq, müəyyən olunmayan müddətə ABŞ ilə bəzi hərbi tədbirlərin keçirilməsini dondurub, çərşənbə axşamı Frans Press informasiya agentliyi ABŞ-nın müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Çinin reaksiyası bizi məyus edir, bu isə bəzi imkanların əldən verməsi deməkdir", deyə Pentaqonun mətbuat katibi Stuart Apton bildirib.

Onun sözlərinə görə, yüksək vəzifəli şəxslərin gediş-gəlişi, humanitar dəstək və təbii fəlakətləri aradan qaldıran tədbirlər təxirə salınıb, hansılar ki, noyabrın axırlarına planlaşdırılmışdır.

Çinin rəsmi mövqeyə hələ bəlli deyil.

Tayvan özünü idarə edən ərazi kimi 1949-cu ilədn de-fakto sayılır. Bu dövürdə vətəndaş müharibəsində uduzan və Çindən qaçan Qomindan partiyasının tərfdaşları orada məskunlaşmışlar. Pekin adaya öz ayrılmaz bir hissəsi kimi baxır və ABŞ və Tayvan arasında hərbi əməkdaşlığa qarşı çıxış edir.

Xəbər lenti

Xəbər lenti