Azərbaycan, Bakı, 10 oktyabr/ Trend ,müxbirlər D.İbrahimova, T.Cəfərov/ BMT-nin təklikdə bu problemi həll edə bilməyəcəyinə baxmayaraq, NATO İranın nüvə potensialının ləğvində iştirak etməyəcək.
"NATO heç zaman bu məsələnin həllinə cəlb edilməyib. Bu problem təşkilatın tədqiqat sahəsindən kənardır", - uzun illər BMT-nin Asiya və Afrikadakı missiyasına rəhbərlik etmiş Karl Xarbo Trend -a bildirib.
NATO - nun Baş katibi Yaap de Xoop Sxeffer Fransada dünya siyasəti məsələləri üzrə konfransda bəyan edib ki, dünyanın İranın nüvə proqramını dayandırmaq və ölkəni atom bombasının yaradılmasından saxlamaq iqtidarında olduğuna əmin deyil.
O xatırladıb ki, Alyans bu məsələnin həllində birbaşa rol oynamayıb və BMT - nin İslam Respublikasının nüvə ambisiyalarının qarşısını ala bilməməsi ilə bağlı narahatlığını ifadə edib.
Sxefferin bəyanatı NATO - nun İranın nüvə probleminin həllinə qoşulmasını nəzərdə tutursa da, o az səmərəli olacaq, - ekspertlər hesab edirlər.
Xarbonun rəyinə görə, İranla danışıqlar aparan qrupa məhz Rusiyanın cəlb edildiyini nəzərə almaqla, Gürcüstandakı münaqişə ilə əlaqədar RF ilə münasibətlərin kəskinləşməsi NATO-nun iştirakını çətinləşdirir.
Fransada fəaliyyət göstərən İran Tədqiqatçıları Assosiasiyasının sədri Hüseyn Lacivərdinin rəyinə görə, Şimali Atlantika Alyansının hətta Əfqanıstandakı əməliyyatları davam etdirmək üçün qüvvələri kifayət qədər deyil.
Bundan əlavə, NATO qüvvələrinin böyük hissəsi Əfqanıstanda vəziyyətin sabitləşdirilməsində iştirak edir, təşkilatın müşahidəçiləri Cənubi Osetiyada fəaliyyət göstərir və Gürcüstan və Rusiyanın münaqişəsinin həllində iştirak edirlər ki, bu da Lacivərdinin rəyinə görə, Alyansa nüvə probleminin həllinə qoşulmağa imkan verməcəyək.
Belə çıxır ki, NATO - nun bu məsələnin nizamlanması üçün nə qüvvələri, nə də imkanları var. Belə ki, blok keçmiş problemlərin həlli ilə məşğuldur.
Bu, NATO - nun deyil, BMT - nin problemidir, "İrana qarşıdurma: ABŞ siyasətinin müvəffəqiyyətsizliyi və inamsızlığın səbəbləri" (Confronting Iran: The Failure of American Foreign Policy and the Roots of Mistrust) kitabının müəllifi, ekspert Əli Ənsari hesab edir.
"Bu münaqişənin həllində çox şey kimin ABŞ -ı n yeni prezidenti olacağından asılıdır", - Ənsari Londondan telefonla Trend -a bildirib.
Amerikalı ekspert Ted Karpenter (Ted Carpenter) isə, hesab edir ki, NATO yeni sanksiyaların dəstəklənməsi prosesinə cəlb edilə bilər. Lakin çətin ki, bu iştirak səmərəli olsun.
İngilis ekspert, Chatham House Araşdırmalar Mərkəzinin üzvü Robert Lou da (Robert Lowe) bu rəydədir.
"Hətta NATO müdaxilə etsə belə, İranla münasibətlərdə əhəmiyyətli irəliləyişə nail olmaq mümkün omayacaq. Əvvəllər olduğu kimi, əsas rolu ABŞ oynayacaq", - Lou cümə günü telefonla Trend -a bildirib.
Digər iranlı ekspert Əmirəhmədiyən hesab edir ki, NATO münaqişəyə müdaxilə etməyəcək. Belə ki, indiyədək "təşkilat hətta Əfqanıstanda təhlükəsizliyi təmin edə bilməyib".
"NATO bloku o qədər zəifləyib ki, ola bilsin, tezliklə Talibanla danışıqlara başlayacaq", - iranlı politoloq, Tehran Universitetinin professoru Bəhram Əmirəhmədiyən (Bakhram Amirakhmedian) hesab edir.
Ekspertin sözlərinə görə, indiyədək coğrafi sərhədlərindən kənarda NATO - nun fəaliyyəti səmərəsiz olub.
"Baş katibin bədbinliyi onun Rusiya və Çinin İrana qarşı sərt iqtisadi sanksiyalara qarşı çıxmağı davam etdirəcəklərindən ehtiyat etməsini əks etdirir", - Kats İnstitutunun müdafiə və beynəlxalq siyasət departamentinin vitse - prezidenti Ted Karpenter elektron poçtla Trend -a bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]