...

İsrailin şimalında qarşıdurma beş gündür davam edir

Dünya xəbərləri Materials 13 Oktyabr 2008 18:08 (UTC +04:00)

İsrail, Qüds, 13 oktyabr/ Trend , müxbir A.Qut/Dörd gün ərzində Akkoda baş verən millətlərarası toqquşmalarda 54 nəfər həbs edilib. Bunların yarısı əraəb, yarısı isə yəhudidir. Oktyabrın 12 -də həbs edilənlərin çoxu Hayfa ətrafındakı sülh məhkəməsinə gətirilib və onların həbs müddətinin uzadılması məsələsi müzakirə edilib.

Həbs olunanlar arasında iki yeniyetmə də var. Onlar istintaq təcridxanasından çıxarılaraq, ev dustağı ediliblər. Oktyabrın 12 - də polis həbs edilənlərin bəzilərinə   qarşı ittihamların irəli sürülməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarını dərc etdirib. Onlara qarşı ictimai qayda - qanunun kütləvi pozulması, yanğınların törədilməsi, bədənə xəsarət yetirilməsi ilə bağlı ittihamlar irəli sürülüb.
Xatırladaq ki, Akko şəhərində (orada 10 mindən çox Azərbaycan əsilli əhali yaşayır) iğtişaşlar Qiyamət gününün orucluğu başlayandan sonra bir nəfər ərəbin maşınında radioya yüksək səs verərək, əhalinin sıx yaşadığı məhəlləyə girməsindən sonra baş verib. O, gecə vaxtı küçədə velosiped sürən uşaqların həyatına təhlükə törədərək, qəfil dönüşlər edib və şütüyüb. Yəhudilər bunu təxribat kimi qəbul ediblər. Şahidlərin dediklərinə görə, bir qrup gənc maşını daşlayıb, lakin ərəbin köməyinə yəhudiləri basıb keçmək istəyən bir neçə maşın və daha sonra avtobusla, dəyənək və balta ilə silahlanmış şəxslər gəlib. Toqquşmada bir neçə nəfər yaralanıb,  yüzlərlə maşın və mağaza talan edilib.
 Maraqlıdır ki, Akko şəhərində iğtişaşın səbəbkarı - ərəb Taufiq Camal bazar ertəsi Knessetin beynəlxalq və müdafiə məsələləri üzrə komissiyasının qarşısına çıxıb və səhv etdiyini etiraf edib. O qeyd edib ki, ittihamda göstərildiyi kimi, sərxoş olmayıb və musiqiyə yüksək səs verməyib və üsr istəməyə hazırdır. "Mən ağır sınaqlardan keçmişəm, məni qatil və faşist adlandırırlar. Mən üzr istəməyə hazıram və yeganə istədiyim şey - evə qayıtmaqdır", - Ynet informasiya agentliyi Camalın sözlərindən sitat gətirib. Camal parlament komissiyasının üzvlərinə dinc yanaşı yaşama Forumunun təsisçilərindən biri olduğunu da bildirib.

İsrail hökuməti oktyabrın 12 -də keçirilmiş iclasında son günlər Akkoda baş vermiş hadisələrə xeyli vaxt ayırıb. Hökumət rəhbəri Olmert bəyan edib ki, bu hadisələr narahatlıq doğurur. "Akko həmişə yəhudi və ərəblərin birgə yaşaması üçün ideal nümunə olub və bu şəhərin gələcək inkişafına və çiçəklənməsinə stimul verib. Akkonun sakinləri zorakılıq, fanatizm və şovinizmlə bəslənmiş ekstremist qrupların qurbanı olub", - İsrailin Baş naziri qeyd edib.

İsrailin prezidenti Şimon Peres Akko şəhərinin yerli liderlərinə zorakılığı dayandırmaq xahişi ilə müraciət edib. "Mən Akkonun bütün sakinlərinə iğtişaşlara, zorakılığa və özbaşnalığa təcili son qoymaq xahişi ilə müraciət edirəm", - o deyib.   

Qeyd etmək lazımdır ki, İsrail dövlətinin dəftərxanasından Trend -a verilən məlumata görə, Peres bazar ertəsi Akkoya hər iki tərəfi - yəhudi və ərəb tərəfini barışığa inandırmaq üçün gəlməlidir. Yeri gəlmişkən, Prezident Dəftərxanasının nümayəndələri bir neçə gündür ki, yerli icmaların rəhbərləri ilə fəal danışıqlar aparırlar.

Xəbər lenti

Xəbər lenti