...

YTB - dən hüquq - mühafizə orqanları əməkdaşlarının Ukrayna Mərkəzi Seçki Komissiyasını bağladığını bəyan edirlər

Dünya xəbərləri Materials 14 Oktyabr 2008 17:38 (UTC +04:00)

Ukrayna, Kiyev, 14 oktyabr/ Trend , müxbir Z.Novosvitski/ "Tam silahlanmış xüsusi təyinatlı "Alfa" bölməsi və Dövlət Mühafizə İdarəsinin əməkdaşları səhər Mərkəzi Seçki Komissiyasının binasını bağlayıblar", - Yuliya Timoşenko Blokundan (YTB) xalq deputatı Oleq Lyaşko bildirib.

YTB-nin mətbuat xidmətindən YUNİAN-a bildirdiklərinə görə, "MSKadı altında "Alfa" nəzərdə tutulur. Bura Dövlət Mühafizə İdarəsinin əməkdaşlarının olduğu üç avtobus gətiriblər və onlara Qeletey başçılıq edir".

"Onlar xalq deputatlarına binaya daxil olmağa imkan vermirlər və demək olar ki, avtomatların lüləsi altında MSK üzvlərini iclasa toplaşmağa məcbur edirlər", - O.Lyaşko bildirib.

Onun sözlərinə görə, xüsusi bölmələrin MSK yaxınlığında olması kiminsə iclası hökmən keçirmək niyyətinə dəlalət edir.

"Kimin hansı vəzifəni tutmasından asılı olmayaraq, qanunçuluğun pozulmaması üçün əlimizdən gələni edəcəyik", - deputat bildirib.

YTB - dən xalq deputatı Andrey Pavlovskinin sözlərinə görə, "Alfa"nın döyüşçüləri Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Şapovalın kabinetini və iclas zalını bağlayıblar. Bundan əlavə, MSK - nın binasındakı liftlər bağlanılıb. "Alfa"nın döyüşçüləri xalq deputatlarına, nə MSK- nın binasını tərk etməyə, nə də içəri daxil olmağa imkan vermirlər.

"Qeleteyi idmançı görkəmli və mülki geyimli 25 nəfərədək şəxs müşaiyət edir. Onlar heç bir sənəd göstərmirlər və kimi təmsil etdikləri məlum deyil", - A.Pavlovski bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti