...

Dmitri Medvedev İnquşetiya prezidentini istefaya göndərdi

Dünya xəbərləri Materials 31 Oktyabr 2008 03:45 (UTC +04:00)

Rusiyanın prezidenti Dmitri Medvedev cümə axşamı günü İnquşetiya prezidenti Murat Zazikovun vaxtından əvvəl səlayihətlərinin bitməsi barədə sərəncam imzaladı. İnquşetiya prezidentinin vəzifələrini müvəqqəti icra edən Yunus-Bəy Evkurov təyin olunub, Vesti xəbər verir.

Rusiya qəhramanı Yunus-Bəy Evkurov son vaxtlara qədər Privoljsk-Uralsk hərbi korpusunun qərərgah rəisinin müavini vəzifəsində çalışıb, Rusiya prezidentinin mətbuat xidməti xəbər verir. 1999-cu ildə Evkurov Kosovoda beynəlxalq hava limanını ələ keçirən rusiyalı desantına rəhbərlik edib. Bu hadisə tarixə rusiya hərbiçilərinin ən uğurlu əməliyyatı kimi daxil oldu.

Murat Zazikov - fəlsəfə elmləri doktoru, beynəlxalq gənc hərəkat və Şimali Kavkaz xalqlarının mədəniyyəti üzrə 40-dan artıq elmi işin müəllifidir. 28 aprel 2002-ci ildə İnquşetiyanın prezidenti seçilib.

Xəbər lenti

Xəbər lenti