Türkiyə, Ankara, 04 noyabr/ Trend ? müxbir A.Ələsgərov/ Türkiyə Böyük Millət Məclisinin spikeri Köksal Toptan Avstriya parlamentinin spikeri Barbara Prammerin dəvəti ilə Vyanaya səfər edəcək.
"Hürriyet Deyli Nyus" qəzetinin verdiyi xəbərə görə, Toptan Prammer və Avstriya prezidenti Hanyts Fişerdən başqa, xarici əlaqələr üzrə parlament komitəsinin və Avstriya-Türkiyə parlament qrupunun üzvləri ilə görüşəcək.