Türkiyənin xarici işlər naziri Əli Babacan Rumıniyalı həmkarı Lazar Komenesku ilə Ankarada keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan, Türkiyə və Ermənistan arasındakı problemlərin həlli üçün yaxşı şərait yaranıb. O, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı üçün İstanbula gələcək Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla noyabrın 24-də axşam görüşəcəyini, dialoqun normallaşdırılmasının və bu məqsədə çatmaq üçün qarşılıqlı addımların atılmasının vacibliyini vurğulayıb.
Ermənistan və Azərbaycan prezidentlərinin son
dəfə Moskvada görüşünü xatırladan
Türkiyənin xarici işlər naziri, bunun nəticəsinin
müsbət olduğunu bildirib.
Mövcud müsbət ab-havanın vaxt itirmədən
həllə yönəlmiş addımlarla
dəyərləndirilməsinin gərəkliyini
söyləyən Ə.Babacan deyib: "Bölgədə
problemlərin həlli üçün yeni bir iqlim var. Bu,
önəmli bir fürsət pəncərəsidir. Ancaq
mən bu fürsət pəncərəsinin müsbət
dəyərləndirilməsinin vacibliyini
düşünürəm. Çünki dediyim kimi,
pəncərələr açılır, amma, zamanı
gəldikdə, bağlana da bilər. Bu səbəbdən
pəncərə açıqkən, həm
Ermənistan-Azərbaycan, həm də Türkiyə ilə
Ermənistan arasındakı əlaqələrin
sürətlə normallaşması üçün
bütün tərəflərin tələsməsi vacibdir". (AzərTAc)