...

Mahmud Abbas prezident və parlament seçkilərinin 2009-cu ilin aprelində keçirilməsinə cəhd göstərir

Dünya xəbərləri Materials 26 Noyabr 2008 11:55 (UTC +04:00)

Fələstin Administrasiyasının sədri Mahmud Abbas yaxın vaxtlarda 2009-cu ildə iki seçkinin keçirilməsi barədə fərman vermək niyyətindədir. Fələstin Azadlıq Təşkilatının yüksək vəzifəli üzvü Yaser Abd Rabo Rəmallahda jurnalistlər qarşısında çıxış edərkən bildirib ki, ilkin məlumatlara görə, səsvermə aprel ayında keçiriləcək

Ynet xəbər verir ki, onun sözlərinə görə, Abbas Fələstin Milli Administrasiyası sədri və Fələstin Administrasiyasının Qanunverici orqanına seçkiləri eyni vaxtda keçirməyə hazırlaşır.

Abd Rabo əlavə edib ki, HƏMAS-ın seçimi yoxdur və islamçılar ya seçkilərin göstərilmiş keçirilmə vaxtı ilə razılaşacaq, ya da 2006-cı ilədək olduğu kimi, seçkilərdə iştirakdan imtina edəcəklər. O zaman "İslami Müqavimət Hərəkatı" Fələstin parlamentinə keçirilən seçkilərdə qalib gəlmişdi.

Abbas seçkilərin birləşdirilməsi barədə çoxdan danışırdı, HƏMAS isə buna qəti surətdə etiraz edirdi və hər bir səsvermənin nəzərdə tutulan vaxtda keçirilməsini tələb edirdi. Belə ki, bir neçə gün öncə HƏMAS-ın siyasi bürosunun rəhbəri Xalid Məşəl Fələstin Milli Administrasiyasının sədri (FMA) Abbasın bəyanatını kəskin şəkildə tənqid edib. Buna müvafiq olaraq Fələstin fraksiyaları arasında danışıqların pozulması 2009-cu ilin yanvar ayının əvvəlində ümumi seçkilərin keçirilməsinə gətirib çıxaracaq.

"Fələstin Muxtariyyətinin prezidenti yanvarın 9-a prezident seçkiləri təyin etmək hüquna malikdir, lakin onun parlament seçkiləri təyin etməyə haqqı yoxdur. Bu, onların yanvarın 9-dək yalnız razılıq əldə etməyə səy göstərməsini nümayiş etdirir", - deyə Məşəl Dəməşqdə keçirilən xüsusi mətbuat konfransı zamanı bildirib.

Məşəl Mahmud Abbasın ünvanına da bir sıra kəskin çıxışlar edib. "O, özünü mövcud olmayan dövlətin prezidenti adlandırır. Fələstin xalqına artıq xəyali dövlət lazım deyil, iyirmi illik xəyallar kifayətdir. HƏMAS real dövlət istəyir", - deyə HƏMAS lideri bildirib.

2009-cu il yanvarın 9-da Abbasın FMA-nın sədri postuna seçilməsinin dörd ili tamam olur və Fələstin qanunları yeni seçkilərin keçirilməsini tələb edir. Qanunverici Şuraya seçkilər isə 2010-cu ildə keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti