...

"Azərros – Rusiya Azərbaycanlıları" qəzeti Ümumrusiya müsabiqəsində ikinci yeri tutub

Dünya xəbərləri Materials 26 Noyabr 2008 21:16 (UTC +04:00)

Rusiya, Moskva, 26 noyabr/ Trend müxbir R.Ağayev/ Rusiya Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin "Azərros - Rusiya Azərbaycanlıları" qəzeti Ümumrusiya KİV müsabiqəsinin yekunları KİV-də Rusiya xalqlarının etnoslararası qarşılıqlı əlaqələri və onların etnomədəni inkişafının ən yaxşı işıqlanıdırılmasına görə ikinci yeri tutub.  "Azərros" "Mətbuat" nominasiyasında təqdim edilib və Tverdə millətlərarası münasibətlərin işıqlandırılmasına görə ikinci yeri tutub. Birinci yer "Tatar dünyası" qəzetinə verilib.

Müsabiqə Rusiya Regional İnkişaf Nazirliyi və Etnoslararası Jurnalistika Gildiyası tərəfindən təşkil edilib. Mükafatlar "Televiziya", "Radio", "Mətbuat" və "İnternet" nominasiyalarında təqdim edilirdi.

Mükafatı məşhur jurnalist, RF İctimai Palatasının üzvü Nikolay Svanidzedən alan "Azərros" qəzetinin baş redaktoru Vaqif Adıgözəlov göstərilən şərəfə görə minnətdarlıq edib və bildirib ki, bu qəzetin qarşıdakı onilliyinə yaxşı hədiyyədir.

KİV müsabiqəsinin jürisinə məşhur alimlər, ekspertlər, jurnalistlər, deputatlar daxil olub. Onların sırasında Rusiya Xalqları Assambleyası sədrinin birinci müavini Svetlana Smirnova, Beynəlxalq Jurnalistika İttifaqları Konfederasiyasının Baş katibi Aşot Cazoyan, RF Dövlət Dumasının deputatı Anatoli Aksakov daxil olub.

Xəbər lenti

Xəbər lenti