Roma Papası XVI Benedikt İsrail prezidenti Şimon Peresin dəvətini qəbul edib və 2009- cu ilin mayında ölkəyə səfər edəcək, - Ynet xəbər verir.
Son vaxtlar İsraillə Vatikan arasında mübahisələr yaransa da, səfər baş tutacaq. Mübahisələrə səbəb II Dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq etmiş Papa XII Piyin müqəddəsləşdirilməsidir.
Bu, Roma Papasının dövlət yaranandan İsrailə üçüncü səfəridir. Səfər Peresin Papa nunsi - arxiyepiskopu Antonio Franko ilə görüşü zamanı razılaşdırılıb.
Uzun müddət Vatikan İsrail memorial kompleksinin administrasiyasını "yeni, obyektiv və dərin aşadırma aparmağa" çağırıb. Bundan sonra XII Piyin II Dünya müharibəsində nasistlərin yəhudi soyqırımına etiraz etməməsilə və əsasən, "neytral" mövqe tutması ilə bağlı qeyd dəyişdirilib.
"Yenə də bu fakt Müqəddəs Atanın Müqəddəs torpağa səfər etmək qərarı üçün şərtləndirci olmamalıdır. Bu səfər, məlum olduğu kimi, Papanın arzularından biridir, amma hələlik bu konkret planlaşdırılmayıb", - Vatikanın nümayəndəsi müqəddəs Federiko Lombardi bəyan edib.
Bu yaxınlarda XVI Benedikt bildirib ki, 1939 - cu ildə Papa seçilən Piy mümkün qədər çox yəhudini xilas etməyə çalışıb. İtaliyalı prelat olan Piy müharibəyədək Vatikanda diplomat kimi çalışıb.