Türkiyə, Ankara, 27 noyabr/ Trend , müxbir A.Ələsgərov/ Türkiyənin İraq üzrə xüsusi nümayəndəsi Murat Özçelik Türkiyə prezidenti Abdullah Gülün İraqa qarşıdakı səfərinin diplomatik hazırlığını başa çatdırıb. Özçelik və Türkiyənin Bağdaddakı səfiri Dərya Kanbay bu məqsədlə İraq prezidenti Cəlal Təlabani və Baş nazirin müavini Berham Salihlə görüşüblər. Türkiyə prezidenti dekabrın sonunda Bağdada səfər etməyi planlaşdırır. "Cümhuriyyət" qəzetinin verdiyi xəbərə görə, Gülün 1 günlük səfərinin təfərrüatları, təhlükəsizliklə bağlı, son məqamadək açıqlanmayacaq.