...

Litvin Bloku "Bizim Ukrayna – Xalq Özünümüdafiə" və Yuliya Timoşenko Bloku ilə koalisiyaya razıdır

Dünya xəbərləri Materials 9 Dekabr 2008 13:36 (UTC +04:00)

Ukrayna, Kiyev, 09 dekabr/ Trend , müxbir Z.Novosvitski/ Litvin Bloku fraksiyası "Bizim Ukrayna-Xalq Özünümüdafiə" və Yuliya Timoşenko Bloku fraksiyaları ilə koalisiyanın yaradılmasına razıdır.

UNİAN-ın verdiyi xəbərə görə, bu barədə eyni adlı fraksiyanın rəhbəri Vladimir Litvin jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, "fraksiya bununla əlaqədar müsbət qərar qəbul edib".

"Bu gün təcili anti-böhran tədbirləri qəbul etmək zəruridir. Belə ki, maliyyə böhranının mənfi nəticələri ilə bağlı təhlükə günbəgün deyil, saatbasaat artır", - Litvin vurğulayıb.


Bu gün - parlamentin işi başladıqdan dərhal sonra 16.00-dək fasilə elan edilib. Fraksiyalar koalisiyanın formalaşdırılması və spikerin seçilməsi üzrə məsləhətləşmələrin başa çatdırılması üçün fasilə elan etməyi xahiş ediblər, - Ukrayna Ali Radası sədrinin birinci müavini Aleksandr Lavrinoviç qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti