...

Jurnalist çəkmələrini Buşa atıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 15 Dekabr 2008 03:44 (UTC +04:00)

İraq sakini ABŞ prezidenti Corc Buşun Bağdada səfəri zamanı çəkmələrini ona atıb. Bu barədə Assoşeyted Press agentliyi xəbər verir.

RİA "Novosti"nin yazdığına görə, hadisə Buşun İraqın baş naziri ilə görüşü zamanı baş verib.

Buş əyilərək, çəkmələrin zərbəsindən qurtulub, bundan sonra isə mühafizə əməkdaşları "terrorçunu" zərərsizləşdiriblər.

ABŞ prezidenti hadisəyə zarafatyanı şərh verərək deyib ki, yeganə deyə biləcəyi çəkmələrin onuncu ölçüdə (Avropa standartlarına görə 43) olmasıdır.

Bir müddət sonra Assoşeyted Press-in yaydığı məlumata əsasaən, Buşa çəkmələrini atan İraqın "Əl-Baqdadiyyə" TV-sinin Misir bürosunun əməkdaşı Müntədar əl-Zeydi olub.

Xəbər lenti

Xəbər lenti