...

Çində gəminin batması nəticəsində yeddi nəfər ölüb, biri isə itkin düşüb

Dünya xəbərləri Materials 25 Yanvar 2009 08:54 (UTC +04:00)
Çində gəminin batması nəticəsində yeddi nəfər ölüb, biri isə itkin düşüb

Çinin şərqində Şandun vilayətində gəminin batması nəticəsində yeddi nəfər ölüb, biri isə itkin düşüb, RBK "Sinxua" informasiya agentliyinə istinadən məlumat verir. Sərnişinlərin səkkizi üzərək sahilə çıxa biliblər. Xilas edənlərin fikirincə, itkin düşmüş sərnişinin xilas olma şansı çox azdır.

Hadisə Veyşan gölündə baş verib. 16 sərnişinlə hərəkət edən sərnişin gəmisi qasırğaya düşüb. Nəticədə gəmi batıb. Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti