...

Misir Rafah keçid-nəzarət məntəqəsinin bağlanılması haqda qərar qəbul edib

Dünya xəbərləri Materials 3 Fevral 2009 05:22 (UTC +04:00)

Misir Qəzza zolağı ilə sərhədə yerləşən Rafah keçid-nəzarət məntəqəsinin bağlanılması haqda qərar qəbul edib. Misirin "Əl-Əhram" nəşrinin rəsmi mənbəyə istinadən yaydığı məlumata görə, müvafiq qərar cümə axşamından etibarən qüvvəyə minəcək.

Sərhədin bağlanılması haqda qərar İsrailin Qəzza zolağındakı hərbi əməliyyat nəticəsində yaralanan fələstinlilərin keçirilməsi dayandırıldıqdan sonra qəbul olunub. Bununla belə Misir hökuməti istisna etmir ki, zəruri hallarda sərhəd keçid məntəqəsi gələcəkdə açıla bilər.

RİA Novosti agentliyinin xəbərinə görə, humanitar yüklə dolu maşınlar bundan sonra Qəzza zolağına İsrailin nəzarət etdiyi Karam Əbu Salem və El-Oca keçid-nəzarət məntəqələrindən daxil ola bilərlər.

HƏMAS hərəkatı Rafah keçid-nəzarət məntəqəsinin açılmasında təkid edir və bunu atəşkəsin üçün şərt kimi irəli sürür.

Xəbər lenti

Xəbər lenti