...

İran dünyanın qüdrətli dövlətinə çevrilib - prezident

Dünya xəbərləri Materials 4 Fevral 2009 05:28 (UTC +04:00)
İran dünyanın qüdrətli dövlətinə çevrilib - prezident

İranın prezidenti Mahmud Əhmədinicad çərşənbə axşamı günü parlament qarşısında çıxış edərkən bildirib ki, İran tək regional yox həmdə dünyada qüdrətli dövlətə çevrilib. Onun sözlərinə görə, hal hazırda heç kəs İrana qarşı regionda düşmənçilik siyasəti apara bilməz, heç bir vacib məsələ İranın iştrakı olmasa baş həll edilə bilməz, İTAR-TASS "Fars" informasiya agentliyinə istinadən məlumat verir.

İranın prezidenti peykin hədəqəyə çıxarılmasını əlamətdar hadisə adlandırıb. İranda elmi baza zirvələrə qalxıb. İslam Respublikası elmi cəhətdən qüdrətli dövlətə çevrilir. İranın gənc alimləri çox böyük işlər görüblər. Bunun sahəsində İran məhdud ölkələr siyahısına düşüb.

Parlamentin deputatları qarşısında çıxış edərkən Mahmud Əhmədinicad İranın "Omid" peykinin ölçülərini dəqiqləşdirib. Onun sözlərinə görə, 35 min kilometr yüksəkliyə çıxarılan peykin çəkisi 400 kiloqramdır. "Bu gün bizim qeyri dostlarımız etiraf edirlər ki, İran regional dövlətə çevrilib, lakin İran artıq dünyanın qüdrətli dövlətinə çevrilib. İranın mövqeyinin düzgünlüyü Qəzza Zolağında, İrakda, Əfqanistanda və ya nüvə layihəsində özünü doğrultdu", prezident qeyd etdi.

Xəbər lenti

Xəbər lenti