...

RF ilə ABŞ-ın Gürcüstan məsələsi ilə bağlı fikir ayrılıqları qalır - Hillari Klinton

Dünya xəbərləri Materials 7 Mart 2009 00:07 (UTC +04:00)
RF ilə ABŞ-ın Gürcüstan məsələsi ilə bağlı fikir ayrılıqları qalır - Hillari Klinton

Azərbaycan, Bakı, 6 mart / Trend / Rusiya ilə ABŞ-ın Gürcüstan məsələsi ilə bağlı fikir ayrılıqları qalır. Belə bir bəyanatla Cenevrədə Rusiya XİN başçısı ilə birgə brifinq keçirən ABŞ-ın dövlət katibi Hillari Klinton çıxış edib. Brifinq "Vesti" telekanalının canlı efirində yayımlanırdı.
Sergey Lavrovla danışıqlara toxunan Klinton bu görüşü məhsuldar kimi xarakterizə edib. "Dialoqun və bir sıra məsələlər üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümid edirəm", - deyə o vurğulayıb.
Klinton həmçinin qeyd edib ki, ABŞ-la Rusiya münasibətlərin yaxşılaşdırılması üçün yaxşı başlanğıc veriblər.
İran mövzusuna gəldikdə isə Klinton bildirib ki, ABŞ hələlik İrana qarşı birtərəfli və çoxtərəfli sanksiyalardan imtina etmək niyyətində deyil.

Xəbər lenti

Xəbər lenti