Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğanla görüşən ABŞ-ın dövlət katibi Hillari Klinton iki dövlət arasında çoxlu ortaq mövzuların olduğunu bildirib.Bu haqda CNN TÜRK məlumat verib.
"Əvvəlrər də Tükiyədə oldum, lakin indi mən bu dövlətə Dövlət katibi kimi gəlirəm. İki ölkə arasında müzakirə olunası çoxlu ortaq mövzular var"-deyə Klinton bildirib.
Görüşüdə əsasən ABŞ əsgərlərinin İraqdan çıxarılması , Fələstin və Əfqanıstan müzakirə edilib. Klintonun Türkiyənin Xarici İşlər Naziri Əli Babacan , daha sonra isə prezident Abdullah Gül ilə görüşəyəci gözlənilir.