...

Pakistan müxalifətinin lideri "ev dustağı" edilib

Dünya xəbərləri Materials 15 Mart 2009 08:12 (UTC +04:00)
Pakistan müxalifətinin lideri "ev dustağı" edilib

Pakistan hakimiyyəti müxalifətin lideri olan Nəvaz Şərifi "ev dustağı" etmək qərarına gəlib. Xəbəri bazar günü Röyters agentliyi Şərifin partiyası olan Pakistan müsəlman liqasının bir təmsilçisinə istinadən yayıb.
Sabiq baş nazirin həbsi Laxor şəhərində etiraz mitinqindən bir neçə saat öncə baş verib. Həmin aksiyada Şərifin çıxış edəcəyi gözlənilirdi.
"Həbs qərarı Nəvaz Şərif, Şahbaz Şərif (Nəvazın qardaşı) və partiyanın digər liderlərinin saxlanılmasını nəzərdə tuturdu", - deyə polisin əhatəyə aldığı Şərifin evi qarşısında Pakistan müsəlman liqasının nümayəndəsi Nasir Əhməd Bxutta (Naseer Ahmed Bhutta) bəyanat verib.

Xəbər lenti

Xəbər lenti