...

Tbilisidə "Cənubi Qafqazda KİV-in vəziyyəti" mövzusunda konfrans keçiriləcək

Dünya xəbərləri Materials 17 Mart 2009 11:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 mart / Trend , müxbir N.Kirtsxalia / Cənubi Qafqazda KİV-in vəziyyəti martın 17-də Tbilisinin "Primavera" mehmanxanasında keçiriləcək regional konfransda müzakirə olunacaq.

Konfrans Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutu, "Region" Tədqiqi Jurnalistika Tədqiqat Mərkəzi (Ermənistan) və "Ruh" Jurnalistlərin Müdafiəsi Şurası (Azərbaycan) Qeyri-Hökumət Təşkilatları Konsorsiumunun həyata keçirdiyi "Vətəndaş inteqrasiyası üçün müstəqil KİV" layihəsi çərçivəsində keçiriləcək.

Layihə "Demokratiya və insan haqlarının müdafiəsi naminə Avropa təşəbbüsü" təşkilatı tərəfindən dəstəklənir.

Konfrans zamanı bu məruzələr dinləniləcək: "Gürcüstan KİV: çağırışlar və imkanlar", "Ermənistanın qəzet bazarının bəzi xüsusiyyətləri haqqında", "Azərbaycanın elektron KİV-i: qanunvericilik, tendensiya və bugünkü vəziyyət".

Konfransda Gürcüstanın regional qəzetlərinə qarşılıqlı yardım fondunun yaradılması ideyası da təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti