...

Ukrayna İrana AN-148 tipli təyyarə satmaq niyyətindədir

Dünya xəbərləri Materials 18 Mart 2009 11:42 (UTC +04:00)

Ukraynanın Baş naziri bildirib ki, Ukrayna İrana təyyarə satmaq niyyətindədir. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

"Ukrayna hazırda İrana 50 ədəd AN-148 tipli təyyarənin satılmasına dair müqaviləni nəzərdən keçirir", - deyə Ukraynanın Baş naziri Yulya Timoşenko Kiyevin Avant təyyarə istehsalı zavodunda keçirdiyi görüş zamanı bildirib.

Hazırda İran və Ukrayna arasında müqavilənin imzalanması üçün işlər aparılır və yaxın gələcəkdə müqavilənin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti