...

Avstraliyanın Əfqanıstandakı üç əsgəri yaralanıb

Dünya xəbərləri Materials 25 Mart 2009 13:10 (UTC +04:00)

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) sülhməramlılar tərkibində Əfqanıstanda fəaliyyət göstərən üç Avstraliya əsgəri mina partlayışı nəticəsində yaralanıb.

Avstraliya hərbçilərinin Əfqanıstandakı nümayəndəliyi martın 25-də bəyanat yayaraq bildirib ki, mina partlayışı faktı ilə bağlı Avstraliya və Əfqanıstan hərbi qüvvələri birlikdə araşdırma aparır.

"Əfqan səsi" agentliyinin məlumatına əsasən, yaralanan avstraliyalı əsgərlərdən birinin vəziyyəti ağırdır. Keçən həftə də iki Avstraliya əsgəri Taliblərin terror əməliyyatında həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti