...

Iranın Xarici İşlər Naziri Venesuelaya səfər edib

Dünya xəbərləri Materials 27 Mart 2009 10:57 (UTC +04:00)

Iranın Xarici İşlər Naziri bu gün səhər (cümə) Venesuelanın paytaxtı Karakasa səfər edib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

İranın Xarici İşlər naziri Mənuçöhr Müttəkini Karakasda Venesuelanın Sənaye naziri və İranın bu ölkədəki səfiri qarşılayıb.

Müttəki birgünlük səfər çərçivəsində Venesuelanın prezidenti Uqo Çavez və bu ölkənin Xarici işlər naziri ilə görüş keçirəcək. Görüşdə iki tərəfli əməkdaşlıq və beynəlxalq məsələlər müzakirə olunacaq.

İran XİN rəhbəri martın 23-dən etibarən Afrika və Latin Amerikasının bəzi ölkələrinə səfərə başlayıb. Müttəki, Mali və Mavritaniyaya səfərindən sonra Braziliyaya səfər edib. Müttəki İranın iqtisadi nümayəndə heyətinin sədri kimi bu ölkələrə səfər edir və səfərdə əsas məqsəd ölkələrlə iqtisadi sazişlərin imzalanmasıdır.

Xəbər lenti

Xəbər lenti