Avropa İttifaqının (Aİ) adı çəkilməyən yüksək vəzifəli məmuru apreldə ABŞ Prezidenti Barak Obamanın Türkiyəyə səfərindən sonra Türkiyə-Ermənistan sərhədinin açılacağına ümid etdiyini deyib. Bu barədə Türkiyənin SABAH qəzeti məlumat verib.
Trend -un arayışı : Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa
çalışır. Yerevan tərəfindən başlanılmış uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.