...

Rusiya və ABŞ-ın Raket Əleyhinə Müdafiə üzrə fikir ayrılıqları qalır – bəyanat

Dünya xəbərləri Materials 1 Aprel 2009 18:23 (UTC +04:00)
Rusiya və ABŞ-ın Raket Əleyhinə Müdafiə üzrə fikir ayrılıqları qalır – bəyanat

"Rusiya və ABŞ-ın Raket Əleyhinə Müdafiə (RƏM) üzrə fikir ayrılıqları qalır", - Rusiya Prezidenti Dmitri Medvedyev və ABŞ Prezidenti Barak Obamanın birgə bəyanatında deyilir. Bu barədə RİA Novosti xəbər verir.

ABŞ özünün RƏM elementlərini Şərqi Avropada - Çexiyada radiolokasiya stansiyası və Polşada 10 qabaqlayıcı-tutucu raket yerləşdirmək niyyətindədir.

Moskva və Vaşinqtonun bu məsələdəki mövqeləri əhəmiyyətli dərəcədə fərqlənir.

ABŞ bəyan edir ki, RƏM-in yaradılmasında məqsəd ilk növbədə İran raketlərdən müdafiədir. Rusiya isə bu RƏM sisteminin yaradılmasında öz təhlükəsizliyinə görə narahatdır.

Xəbər lenti

Xəbər lenti