Fransa, Strasburq, 4 aprel / Trend, müxbir. A. Məhərrəmli/
Bu gun Strasburqda NATO Sammitində Alyansa yeni Baş Katibin təyin olunması məsələsi ilə bağlı uzun müzakirələrdən sonra, dövlət başçıları sonda bir araya gəldilər ve yetkilliklə Danimarkanın Baş Naziri Anders Foq Rasmussenin Baş Katib vəzifəsinə təyinatını təsdiq etdilər.
Bu haqda NATO-nun hal hazırkı Baş Katibi Yaap de Hoop Sxeffer Sammitin yekununa dair Almaniyanın Kansleri Angela Merkel ve Fransa prezidenti Nikola Sarkozi ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərə bəyan edib.