...

İranın raketləri və nüvə silahı təkcə regiona yox, bütün dünyaya təhlükədir - ABŞ prezidenti

Dünya xəbərləri Materials 5 Aprel 2009 14:39 (UTC +04:00)
İranın raketləri və nüvə silahı təkcə regiona yox, bütün dünyaya təhlükədir - ABŞ prezidenti

Azərbaycan, Bakı, 5 aprel / Trend / İran nüvə silahını yaratmağa hazırlaşır. Lakin ABŞ administrasiyası qarşılıqlı fayda verən şərtlərlə Tehranla əməkdaşlıq etməyə hazırdır. Bir şərtlə ki, o öz nüvə proqramını dayandırsın. Belə bir bəyanatı bu gün Praqada Qrad meydanında yerli vətəndaşlar qarşısında çıxış edən ABŞ prezidenti Barak Obama verib. Onun çıxışı "Vesti" telekanalı canlı yayımlayırdı.
"İranın raketləri və nüvə silahı təkcə regiona yox, bütün dünyaya təhlükədir. Lakin biz İranla dialoqa inanırıq. Bununla belə, əgər Tehran başqa yolla getsə, biz ölkələri İran təhlükəsindən qoruya biləcək sistemu yaradacağıq", - deyə o vurğulayıb.
Obama həmçinin qeyd edib ki, sülh məqsədi ilə nüvə proqramını inkişaf etdirmək istəyən ölkələr üçün nüvə materialı bankını yaratmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti