...

İran NATO yüklərinin İran vasitəsilə Əfqanıstana daşınmasına dair razılaşma olmadığını bildirib

Dünya xəbərləri Materials 6 Aprel 2009 13:09 (UTC +04:00)

İran NATO yüklərinin İranın Çabahar limanı vasitəsilə Əfqanıstana daşınması ilə bağlı İran-NATO və ya Almaniya hökuməti ilə razılaşma əldə edildiyinə dair yayılan məlumatları təkzib edib. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.

"Qərb rəsmiləri də bildirdiyi kimi, belə razılaşma əldə olunmayıb, lakin İranın liman potensialından digər qonşu ölkələrə, o cümlədən Əfqanıstana yüklərin daşınması məsələsi həmişə gündəmdə olan məsələdir", -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi bazar ertəsi keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib. Bu barədə Mehr agentliyi məlumat verib.  

Qəşqavi Şimali Koreyanın raket sınağına münasibət bildirərək deyib ki, bu məsələnin İranın raket proqramı ilə heç bir əlaqəsi yoxdur. "Şimali Koreya neçə illərdir ki, raket sınaqları ilə məşğul olur və ölkənin apardığı sonuncu raket sınağı ilk sınaq deyil. Bu məsələnin isə İranın fəaliyyətinə heş bir aidiyyatı yoxdur", - deyə Qəşqavi bildirib.

Qəşqavi deyib ki, Rəsmi Tehran Şərqi Asiyada sabitliyin yaradılmasının tərəfdarıdır.

Qəşqavi konfransda həmçinin Suriyanın xarici işlər naziri Vəlid Müəllimin aprelin 8-də İrana səfər edəcəyi barədə xəbər verib.

Xəbər lenti

Xəbər lenti