...

Çexiyanın nümayəndə heyəti Əhmədinejata görə BMT-nin konfransını tərk edib

Dünya xəbərləri Materials 20 Aprel 2009 23:07 (UTC +04:00)
Çexiyanın nümayəndə heyəti Əhmədinejata görə BMT-nin konfransını tərk edib

Çexiyanın nümayəndə heyəti İran prezidenti Mahmud Əhmədinejatın bəyanatlarına etiraz əlaməti olaraq Cenevrədə keçirilən BMT-nin irqçilik və ksenofobiyaya qarşı beynəlxalq konfransını tərk edib. Bu haqda bazar ertəsi axşam Çexiya XİN-i məlumat yayıb.

Əhmədinejat çıxışı zamanı İsraili dünyanın ən qəddar və irqçi dövləti adlandırıb. Bu, həmçinin bəzi avropalı nümayəndələrin xoşuna gəlməyib və onlar çexiyalılar kimi etiraz əlaməti olaraq konfrans zalını tərk ediblər.

Xəbər lenti

Xəbər lenti