...

Obama sözünün üstündə duran siyasi liderdir - Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 5 İyun 2009 10:38 (UTC +04:00)
Obama sözünün üstündə duran siyasi liderdir - Türkiyə Prezidenti

Türkiyə Prezidenti Abdullah Gül ABŞ Prezidenti Barak Obamanın Misirə səfərini yüksək qiymətləndirərək, onun sözünün üstündə duran bir siyasi lider olduğunu bildirib. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.

TREND NEWS-un arayışı: ABŞ Prezidenti Barak Obama iyunun 4-də Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanı və Misirdə olub. Misirdə tarixi Qahirə Universitetindəki çıxışı zamanı ABŞ Prezidenti bildirib ki, o, bir ölkə başçısı kimi İslamın Qərbdə yanlış başa düşülməsinə qarşı mübarizə aparacaq.

"Biz mədəniyyətə, böyük sivilizasiyaya, musiqiyə, dahi şair və mütəfəkkirlərinə görə İslama borcluyuq. Biz İslama qara yaxan ekstremistlərə qarşı mübarizə aparacağıq", - Obama Qahirə Unuiversitetində çıxış edərkən bildirib. Onun sözlərinə görə, Qahirədəki çıxışı ABŞ və müsəlmanlar arasında heç bir vaxt mübarizə olmadığını sübut edəcək, çünki Qərb və İslam sivilizasiyası ümumi, eyni dəyərlərdən çıxış edir. "Biz müsəlmanlar və ABŞ arasında münaqişə yaradanlara qarşı mübarizə aparmalıyıq. Bir çıxış əsrlər boyu mövcud olan problemləri həll edə bilməz, lakin mən ümid edirəm ki, biz bu məsələnin həllinə açıq ürəklə və qarşılıqlı hörmətlə yanaşsaq, müsəlmanlar və ABŞ arasında inamı mütləq qazanacağıq", - o əlavə edib.

Obama müqəddəs Qurandan  "Allaha inan və həmişə həqiqətləri danış" kəlamını söyləyərək bildirib ki, bu, müsəlmanlar və ABŞ arasındakı dialoqda çox vacibdir. "Müsəlmanlar ABŞ-ın imperiya olması barədə stereotipi qırmalıdırlar, çünki Amerika imperiyaya qarşı mübarizədə yaranıb. İslamın ABŞ-ın yaranmasında və demokratik ölkəyə çevrilməsində böyük rolu olub", - o deyib.

"Barak Obama sözünün üstündə durmağı bacaran siyasi ledirdir", - deyə Türkiyə Prezidenti bildirib.

Gül onu da qeyd edib ki , Obamanın dünyaya verdiyi işmarıclar aydın və dəqiqidir.

Xəbər lenti

Xəbər lenti