Rusiya Prezidenti hesab edir ki, dünya maliyyə böhranının dibinin görünməsi haqda danışmaq hələ tezdir.
"Əsas maliyyə bazarlarında müəyyən canlanma müşhadiə olunur ki, bu da bir sıra analitiklərə böhranın dibinin görünməsi, onun ən çətin mərhələsinin başa çatmaq üzrə olması və canlanmanın başlanmasına az vaxt qalması haqda fikirlər səsləndirməyə imkanı verib. Məncə, şampan açmaq üçün hələ tezdir", - Medvedyev Sankt-Peterburqda beynəlxalq iqtisadi forumda çıxış edərkən deyib, РИА Новости xəbər verir.
Prezident qeyd edib ki, ekspertlərin qiymətləndirmələrinə görə, iqtisadiyyat böhranın zirvəsində, ən dərin resessiyanın ortasındadır.