...

İran prezidentliyinə namizədlər öz mülkiyyətləri barədə məlumatları təqdim etməyə hazırdırlar

Dünya xəbərləri Materials 8 İyun 2009 15:55 (UTC +04:00)

İran prezidentliyinə namizədlər öz mülkiyyətləri barədə məlumatları təqdim etməyə hazırdırlar.

"İran prezidentliyinə hər dörd namizəd məhkəmə orqanlarına öz aktivlərinin siyahısını təqdim etməyə hazırdırlar", - PRESS TV xəbər verir.

Təklif ölkənin hazırkı Prezidenti Mahmud Əhmənejad tərəfindən verilib. O, bu barədə şənbə günü rəqiblərindən biri olan Mehdi Kərrubi ilə seçkiqabağı debat zamanı bildirib.

İranda prezident seçkiləri iyunun 12-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti