...

Somalidəki partlayış nəticəsində təhlükəsizlik naziri də olmaqla 50 nəfər həlak olub

Dünya xəbərləri Materials 19 İyun 2009 11:17 (UTC +04:00)

Somalidə cümə axşamı baş vermiş partlayış nəticəsində 50 nəfər həlak olub, həlak olanlar arasında təhlükəsizlik naziri Əmr Xaşi və bir neçə vəzifəli şəxs də olub, yüz nəfər yaralanıb. Bu barədə Al Jazeera saytı məlumat verib.  

Həlak olanlar arasında  Somali ilə sərhəddə yerləşən Efiopiyanın təhlükəsizlik qüvvələrinin Fir-Fir rayounundakı xüsusi bölməsinin başçısı və İslam məhkəmələrinin təhlükəsizliyi üzrə məsul şəxs Şeyx Əhməd Anci, həmçinin Somalinin Efiopiyadakı səfiri Abdel Kərim Farix də var. Partlayışa görə məsuliyyəti Somalinin Gənc Mucəhidlər Təşkilatı öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti