...

Türkiyənin xarici işlər naziri NATO və ATƏT-in Yunanıstanda keçirilən iclasında iştirak edəcək

Dünya xəbərləri Materials 25 İyun 2009 11:35 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Yunanıstana səfər edəcək. O, ATƏT-in xarici işlər nazirləri və NATO-Rusiya xarici işlər nazirlərinin Korfu adasında keçirilən iclasında iştirak edəcək. Bu barədə The Journal of Turkish Weekly jurnalı xəbər verib.  

ATƏT-in nazirləri Yunanıstanda iyunun27-28-də Avropanın gələcək təhlükəsizliyi üzrə məsələni müzakirə edəcəklər. Türkiyənin xarici işlər naziri ilə birlikdə Yunanıstanın Korfu adasına səfərə Türkiyənin NATO və ATƏT-dəki nümayəndəsi də gedəcək. Davudoğlu ATƏT-də sədrlik edən Yunanıstanın xarici işlər naziri ilə də görüşəcək. 

Xəbər lenti

Xəbər lenti