...

Türkiyədə qüvvədə olan Konstitusiya ilə kifayətlənməli olacağıq - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 25 İyun 2009 15:19 (UTC +04:00)
Türkiyədə qüvvədə olan Konstitusiya ilə kifayətlənməli olacağıq - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı ana müxalifətdən dəstək almadıqları üçün mövcud Konstitusiya ilə kifayətlənməli olacaqlarını bildirib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

"Ana müxalifətdən ölkədə Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı dəstək almadığımız üçün mövcud Konstitusiya ilə kifayətlənməli olacağıq", - deyə Ərdoğan bildirib.

TREND NEWS-un arayışı: Türkiyənin Baş naziri 29 mart bələdiyyə seşkilərinədn sonra ölkə Konstitusiyasına qismən də olsa dəyişikliklər ediləcəyini bildirmişdi. Konstitusiyaya əsas dəyişikliklər siyasi partiyaların bağlanması ilə bağlı məsələ üzrə, omdusman və seçki haqqında qanunla bağlı nəzərdə tutulurdu.

Xəbər lenti

Xəbər lenti