...

İsrail ordusu Qəzza Zolağının dərinliyinə irəliləyib

Dünya xəbərləri Materials 22 İyul 2009 15:59 (UTC +04:00)
AFP informasiya agentliyinin verdiyi məlumata görə, çərşənbə günü İsrail ordusu Qəzza Zolağının cənubundakı Xan Yunusun dərinliyinə irəliləyərək üçmərtəbəli evi dağıdıb.
İsrail ordusu Qəzza Zolağının dərinliyinə irəliləyib

AFP informasiya agentliyinin verdiyi məlumata görə, çərşənbə günü İsrail ordusu Qəzza Zolağının cənubundakı Xan Yunusun dərinliyinə irəliləyərək üçmərtəbəli evi dağıdıb.

"İsrail ordusu tankdan istifadə edərək Qəzza Zolağının 500 metr dərinliyinə irəliləyib. Buldozerlər binanı dağıtsa da, fələstinlilər arasında itki olmayıb", - AFP məlumat verir.

İsrail ordusunun mətbuat katibi məlumat verib ki, fələstinlilərin anklava və İsrail ərazisini ayıran təhlükəsizlik divarının üzərindən iki israilli vətəndaşa atış açmasından sonra ordu Qəzza Zolağının cənubuna doğru irəliləyib.

Fələtsin tibb mənbələri xəbər verib ki, İsrail ordusu bazar günü güllənənən və xəstəxanada dünyasını dəyişən 22 yaşlı fələstinlinin cəsədini təhvil verib. O, Qəzza və İsraili ayıran divarı aşaraq qaçmaq istəyərkən vurulub.

Xəbər lenti

Xəbər lenti