...

ABŞ-in Yaxın Şərq üzrə xüsusi nümayəndəsi sülh prosesinin bərpası üçün regiona səfər edəcək

Dünya xəbərləri Materials 24 İyul 2009 16:45 (UTC +04:00)
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçell cümə günü Fələstin və İsrail arasında sülh danışıqlarının bərpası məqsədi ilə regiona səfərinə başlayır. Bu barədə İsrailin"Jerusalem Post" qəzeti xəbər verir.
ABŞ-in Yaxın Şərq üzrə xüsusi nümayəndəsi sülh prosesinin bərpası üçün regiona səfər edəcək

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçell cümə günü Fələstin və İsrail arasında sülh danışıqlarının bərpası məqsədi ilə regiona səfərinə başlayır. Bu barədə İsrailin "Jerusalem Post" qəzeti xəbər verir.

Mitçelllin səfəri Dəməşq ilə başlayacaq. O, yanvar ayında xüsusi səfir vəzifəsini tutduqdan sonra ikinci dəfədir ki, Dəməşqə səfər edir.

Dəməşqdə Suriyanın sülh prosesində diplomatik səyləri, həmçinin Dəməşq-Vaşinqton münasibətlərinin gələcək inkişafının müzakirə edilməsi planlaşdırılır. Ötən ayda Obama administrasiyası dörd illik fasilədən sonra Suriyaya səfirin yenidən təyin olunması barədə qərar qəbul edib.

Çərşənbə günü Suriyanın Hələb şəhərinə birgünlük səfəri zamanı Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan bildirib ki, ölkəsi Suiya və İsrail arasında dekabr ayında Qəzza sektorunda ikincinin həyata keçirdiyi hərbi əməliyyatlardan sonra dayandırılan dolayı danışıqların bərpa olunmasına kömək etməyə hazırdır.

Mitçellin regiona səfərinin əsas mövzusu fələstinlilər və israillilər arasında İsrailin Qərb Sahilində və Şərqi Qüdsdə  (Yerusəlim) yəhudi qəsəbələrinin inşasının dayandırılmasından imtina etməsi fonunda dayandırılan sülh danışıqlarının bərpası olacaq.

Mitçell yəhudi qəsəbələri ətrafında yaranan fikir ayrılıqları ilə əlaqədar ABŞ-İsrail münasibətləri problemini bazar ertəsi İsrail rəhbərliyi ilə görüşdə müzakirə etmək niyyətindədir. Mitçell, həmçinin Ramallahda Fələstin Administrasiyasının başçısı Mahmud Abbas ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti