...

ABŞ payızda nüvə problemi üzrə danışıqlar barədə təklifinə İrandan cavab gözləyir

Dünya xəbərləri Materials 27 İyul 2009 16:34 (UTC +04:00)
"ABŞ administrasiyası sentyabrın sonunda nüvə probleminin həlli ilə bağlı qarşılıqlı fəaliyyət üzrə danışıqlar barədə təklifinə İrandan cavab almağı düşünür", - bazar ertəsi Pentaqon rəhbəri Robert Qeyts bildirib.
ABŞ payızda nüvə problemi üzrə danışıqlar barədə təklifinə İrandan cavab gözləyir

"ABŞ administrasiyası sentyabrın sonunda nüvə probleminin həlli ilə bağlı qarşılıqlı fəaliyyət üzrə danışıqlar barədə təklifinə İrandan cavab almağı düşünür", - bazar ertəsi Pentaqon rəhbəri Robert Qeyts bildirib. Məlumatı RİA Novosti yayıb.

"Hesab edirəm ki, prezident (Barak Obama) payızda və ya BMT Baş Assambleyası iclasının keçirilmə vaxtına qədər hansısa cavab almağı düşünür", - hazırda İsraildə səfərdə olan ABŞ-ın müdafiə naziri bildirib. Bu barədə Reuter agentliyi yazır.

BMT Baş Assambleyasının illik iclası sentyabrın sonunda keçirilir.

İran nüvə problemi Qeytsin İsrail səfərinin əsas mövzularından biridir. Bu ölkədə İslam Respublikasının nüvə proqramını yəhudi dövləti üçün bir nömrəli təhlükə hesab edirlər və dünya ictimaiyyətini onun neytrallaşdırılmasına yanaşmaları sərtləşdirməyə çağırırlar.

Hər halda Obamanın İranla danışıqlar barədə təşəbbüsünü dəstəkləyən İsrail rəhbərliyi bu dialoqu sərt vaxt çərçivələri ilə məhdudlaşdırmağı və onu daha qərarlı fəaliyyətlərə hazırlıqla müşayiət etməyi təklif edir.

Xəbər lenti

Xəbər lenti