...

İranın Hərbi Dəniz Qüvvələri Cask limanında yeni yanalma körpüləri açır

Dünya xəbərləri Materials 29 İyul 2009 15:44 (UTC +04:00)
Bu gün "Vilayət" layihəsi çərçivəsində İranın Cask limanında yeni körpülərin açılışı baş tutub. Açılış mərasimində İranın Hərbi Dəniz Qüvvələrinin komandiri və Hörmüzqan əyalətinin rəsmi şəxsləri iştirak edb. Bu sözügedən limanda tikilən ikinci körpüdür.

Bu gün "Vilayət" layihəsi çərçivəsində İranın Cask limanında yeni yanalma körpülərinin açılışı baş tutub. Açılış mərasimində İranın Hərbi Dəniz Qüvvələrinin komandiri və Hörmüzqan əyalətinin rəsmi şəxsləri iştirak edb. Bu sözügedən limanda tikilən ikinci körpüdür. Məlumatı IRNA agentliyi yayıb.

Bu körpünün inşasına 480 milyon dollar sərf edilib. Körpü 3 ay ərzində inşa edilib, onun inşasına bu ilin aprel ayının 17-də başlanılıb.

Bundan əlavə, bu layihə çərçivəsində Cask limanında sürətli katerlər və hərbi dəniz aviabazaları üçün yeni körpü inşa edilib.

"Vilayət" layihəsi İranın ali lideri və ölkənin ali baş komandanı Əli Xameneyinin sərəcamı əsasında Hərbi Dəniz Qüvvələrinin cənub sularında gücləndirilməsi üçün işlənib hazırlanıb.

Xəbər lenti

Xəbər lenti