...

ATƏT Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərin normalaşdırılması barədə birgə bəyanatını bəyənir

Dünya xəbərləri Materials 1 Sentyabr 2009 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir E.Tariverdiyeva /

ATƏT-in sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis hadisələrin bu inkişafının regionda stabilliyə yardım edəcəyini bəyan edərək, Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərin normallaşdırılmasına yönələn danışıqlara başlamağı planlaşdırması barədə bəyanatını bəyənir. Təşkilatın press-relizində deyilir.

"Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması təkcə Cənubi Qafqaz regionu üçün deyil, onun hüdudlarından kənarda da müsbət addım olacaq", - Bakoyannis bildirib. "Mən ATƏT-in iki üzv dövləti arasında münasibətlərin normalaşdırılması yolundakı bu müsbət addımı ürəkdən alqışlayıram", - o bildirib.

Bakoyannis hər iki tərəfi İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda əldə olunan müsbət təkandan istifadə etməyə çağırıb.

Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə Protokol"un imzalanmasına dair "daxili siyasi konsultasiyalar"ın başlanması barədə razılıq əldə ediblər. Bu barədə Türkiyənin XİN-ə istinadən RİA Novosti xəbər verib.

"Siyasi konsultasiyaların altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və iki ölkənin parlamentinə təsdiqlənməsi üçün təqdim ediləcək", - məlumatda deyilir.

"Hər iki protokol ikitərəfli münasibətlərin normallaşdırılması üçün zəmin yaradır", - Türkiyə XİN-in məlumatında deyilir.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

"İkitərəfli münasibətlərin normallaşdırılması regionda sülhün təmin edilməsinə yardım edəcək. Türkiyə və Ermənistan İsveçrənin dəstəyi ilə birgə səylərin göstərilməsinə kökləniblər", - Türkiyə XİN-in məlumatında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti