...

MDB-nin Xəzəryanı ölkələrinin rəhbərləri Türkmənistana İpək yolu avtorallisinin finişinə gələcəklər

Dünya xəbərləri Materials 7 Sentyabr 2009 11:48 (UTC +04:00)
MDB-nin Xəzəryanı ölkələrinin rəhbərləri Türkmənistana İpək yolu avtorallisinin finişinə gələcəklər

Türkmənistan, Aşqabad, 07 sentyabr / Trend , müxbir H.Həsənov /

Gözlənildiyi kimi, 13 sentyabra təyin olunmuş İpək yolu avtorallisinin son hissəsinin - Dakar seriyasının qonaqları arasında MDB-nin Xəzəryanı ölkələrinin rəhbərləri də olacaq. Bu barədə bu gün Altın Asır milli telekanalı məlumat verib.

Bu barədə sonuncu dövlət müşavirəsində Türkmənistan rəhbəri Qurbanqulı Berdımuhəmmədov bildirib. Onun sözlərinə görə, bir gün əvvəl Kazanda (Tatarıstan) start götürən avtoralli yalnız iri yarış deyil, eyni zamanda beynəlxalq əməkdaşlığa yeni impuls vermək iqtidarında olan ən mühüm aksiyadır.

Rusiya KİV-nin məlumat veridiyi kimi, yarışın direktoru Semen Yaqubov Tatarıstan paytaxtında brifinqdə bildirib ki, ralli-reydin marşrutu "iştirakçıların prezidentləri salamlaya bilmələri üçün..." nəzərdə tutulub.

Onun sözlərinə görə, görüş Xəzəryanı şəhər Türkmənbaşıda baş tutacaq. Çünki 12 sentyabrda "Balkanabad-Darvaza" mərhələsinin əvəzinə iştirakçılar "Balkanabad-Türkmənbaşı" marşrutu ilə hərəkət edəcəklər. Baş sponsoru Türkmənqaz dövlət konserni olan marafon RF, Qazaxıstan ərazisindən keçəcək və Türkmənistanda başa çatacaq.

Berdımuhəmmdov bu hadisənin KİV-də geniş işıqlandırılmasının vacibliyini qeyd edərək bütün nəzərdə tutulmuş tədbirlərin nüfuzlu rallinin yüksək statusuna müvafiq, lazımi təşkilatı səviyyədə keçirilməsi bərəd göstəriş verib.    

Avtoşounun keçirilməsində əməkdaşlığa əfsanəvi "Dakar"ın təşkilatçısı - Fransanın Amaury Sport Organisation (A.S.O.) firmasını cəlb edən "KAMAZ-master" (Rusiya) cavabdehdir. Avtoralliyə Volkswagen, Man, Ginaf, Iveco, Mercedes, Tatra, КAMAZ-Master komandaları daxil edilib. İştirakçıların arasında Fransa, İtaliya, İspaniya, Portuqaliya, Küveyt, ABŞ, Braziliya, Belçika, Çili, Böyük Britaniya və digər ölkələrin yarışçıları var.

KAMAZ yeddi, Qazaxıstan 10 ekipaj çıxarıb. Türkmənistandan starta üç cip və iki yük maşını çıxıb, yerli KİV məlumat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti