Rusiya Prezidenti Dmitri Medvedyev Xəzəryanı ölkələrin liderlərinə qaz sahəsində hökumətlərarası müqavilə bazasında ortamüddətli və uzunmüddətli perspektivdə əlaqələr yaratmağı təklif etmək niyyətindədir. Dövlət başçısının bildirdiyi kimi, o, bu məsələləri həftə sonu qeyri-formal sammitdə Qazaxıstan, Türkmənistan və Azərbaycan liderləri ilə müzakirə etmək niyyətindədir.
"Əgər siz bunu dəstəkləyirsinizsə, bu həftə həmkarlarımla görüş zamanı bu məsələni müzakirə edəcəm və onlara fikirləşməyi təklif edəcəm ki, bu cür ortamüddətli və uzunmüddətli perspektivdə əlaqələr əməkdaşlığın dolğun və uzunmüddətli olması üçün hökumət tərəfindən hazırlanmış hüquqi bazaya əsaslanmalıdır", - Medvedyev Aleksey Millerlə işgüzar görüşdə deyib. Bu barədə İTAR-TASS məlumat verir.
"Münasibətlərimizin necə qurulmasını nəzərə alsaq, onların yalnız şirkətlərarası münasibətlər, təsərrüfat münasibətləri səviyyəsində deyil, dövlət tənzimlənməsi səviyyəsində də daha dəqiq hüquqi tənzimlənmə tələb etdiyini görərik", - Medvedyev hesab edir.
Miller ona "Qazprom"un Xəzəryanı ölkələrin şirkətləri ilə müsbət iş təcrübəsi olduğu barədə məlumat verib. "Lakin bu əməkdaşlıq əsasən kommersiya müqavilələri bazasında qurulub", - o bildirib.
"Qazprom" Xəzəryanı şirkətlərlə ortamüddətli və uzunmüddətli perspektivdə əməkdaşlığı kompleks yanaşma bazasında, bunun sadəcə qaz alışı üçün müqavilə deyil, qazın hasilatı, daşınması, emalı məsələləri olduğunu anlamaqla qurmalıdır", - o deyib. "Buna görə də ortamüddətli və uzunmüddətli perspektivdə əməkdaşlığın hökumətlərarası müqavilə bazasında qurulmasını məqsədəuyğun hesab edirəm", - "Qazprom" rəhbəri əlavə edib.