Bu gün Türkiyədə, Türkiyə-Gürcüstan-Azərbaycan hərbçiləri boru kəmərlərinin mühafizəsi üçün birgə təlim keçirəcəklər. Bu haqda Türkiyə Silahlı Qüvvələrinin ( TSK ) rəsmi internet səhifəsində məlumat verilib.
Keçirilən birgə təlimlər "Eternity-2009" (Sonsuzluq-2009 ) adı altında həyata keçirilir.
TSK-nın verdiyi məlumata görə, birgə keçirilən təlimlərdə Azərbaycandan 13, Türkiyədən 19, Gürcüstandan isə 10 hərbçi iştirak edəcək.