...

Çeçen səhra komandirinin Türkiyəyə daxil olmasına izn verilməyib

Dünya xəbərləri Materials 30 Sentyabr 2009 14:19 (UTC +04:00)
Səudiyyə Ərəbistanından ümrə ziyarətindən ailəsi ilə Türkiyəyə geri dönən çeçen səhra komandiri Musa Kaimovun Türkiyəyə daxil olmasına izn verilməyib.
Çeçen səhra komandirinin Türkiyəyə daxil olmasına izn verilməyib

Səudiyyə Ərəbistanından ümrə ziyarətindən ailəsi ilə Türkiyəyə geri dönən çeçen səhra komandiri Musa Kaimovun Türkiyəyə daxil olmasına izn verilməyib. Bu haqda Türkiyənini CİHAN informasiya agentliyi məlumat verib.

Agentliyin verdiyi məlumata görə, Kaimov Türkiyə Daxili İşlər Nazirliyinin təlimatına əsasən Səudiyyə Ərəbistanına geri göndərilib. Səhra komandiri Rusiyaya geri göndərilməməsi üçün Səudiyyə hökumətinə müraciət edib.

Çeçenistanda müharibənin bitməsindən sonra səhra komandiri Kaimov ailəsi ilə birlikdə 5 il Türkiyədə yaşayıb.

Xəbər lenti

Xəbər lenti